Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Teatr sənəti fakültəsi Teatrşünaslıq kafedrası
BİLDİRİŞ MƏKTUBU
Hörmətli həmkarlar!

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Sizi
28 mart 2023-cü il tarixində “Teatr: burada və indi” adlı beynəlxalq tələbə elmi konfransında iştiraka dəvət edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinə və Azərbaycan mili peşəkar teatrının 150 illiyinə həsr olunan konfransda bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr iştirak edə bilər.
Konfransın məqsədi:
- Tələbələri çağdaş teatr barədə düşünməyə, günümüzün aktual problemlərinə münasibət bildirməyə cəlb etmək;
- Müxtəlif ölkələrdə yaşayan tələbələr arasında əlaqələrin qurulmasına yardımçı olmaq;
- Elmə marağı olan tələbələrin həvəsləndirilməsinə və tədqiqatçılıq vərdişlərinin təkmilləşməsinə kömək göstərmək.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr qəbul edilir:
- Teatr sənətinin müasir problemləri;
- Teatr nəzəriyyəsi və tarixi paradiqmalara müasir baxış;
- Gələcəyin teatrı: təhdidlər və perspektivlər;
- Teatrda məkan problemi;
- Teatr və zaman;
- Çağdaş teatr və dramaturgiya problemləri;
- Teatr tənqidinin müasir problemləri çağdaş dünyanın transformasiyası müstəvisində.
Konfransın işçi dilləri: azərbaycan, ingilis, rus, türk
Konfransın formatı: hibrid
Onlayn iştirak üçün platforma: Zoom
Konfransa qatılmaq istəyən tələbələr məruzəsini
15 mart 2023-cü il tarixindən gec olmayaraq
konfrans@admiu.edu.az elektron poçt ünvanına göndərməlidirlər.
Məruzələrin mətni A4 formatda, 5 standart səhifədən çox olmayaraq, Times New Roman şrifti ilə 14 ölçüdə yığılmalı, sətirarası məsafə 1,5 olmalıdır. Mətnə Ədəbiyyat siyahısı, Xülasə (həcmi 100 sözə qədər) və 5 Açar söz əlavə edilməlidir. Təşkilat komitəsi məruzələrin seçilməsi hüququnu özündə saxlayır.
Məkan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas inzibati binası, Bakı şəhəri, İnşaatçılar pr. 39
Tarix: 28 mart 2023-cü il
Müraciət üçün son tarix: 15 mart 2023-cü il
Əlaqə:
Aydın Talıbzadə
Elçin Cəfərov
Əli Hacılı
Qönçə Firudinli
Email:
konfrans@admiu.edu.az
Veb-sayt:
admiu.edu.az