Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin və Corat qəsəbə mədəniyyət evinin birgə təşkilatçılığı ilə Əli Kərim adına Poeziya Evində Universitetin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Alıqızı ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov qonaqları salamlayıb və xoş arzularının çatdırıb.
Görüşə Məleykə Alıqızının tələbələri, həmçinin sənət dostu aktrisa Həlimət Sultan da qatılıb.
Tamaşaçılar Məleykə Alıqızının və Səlimət Sultanın ifasında Əhməd Cavadın, Almas İldırımın, Musa Yaqubun, Ramiz Rövşənin şeirlərini maraqla dinləyiblər.
Daha sonra sənətkarın tələbələrinə söz verilib. Xəyyam Abdullayev, Nuranə Dadaşova, Fatimə Fidayeva çıxış edərək müəllimləri haqqında xoş sözlər söyləyib, sevgi və arzularını ifadə ediblər.
Tədbirə qatılan Məleykə Alıqızının tələbəsi gənc müğənni Emin Nəsirlinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısı, muğam üçlüyünün ifasında muğam parçaları və xalq mahnıları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.