Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə “İşğaldakı Sərvətimiz” adlı rəsm sərgisi keçiriləcək. Layihə çərçivəsində 17-29 yaş arasında gənc rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq. Sərgidə, Qarabağda düşmən təcavüzü nəticəsində məhv edilmiş milli mədəni irsimiz, tarixi abidələrimiz habelə təbii sərvətlərimizi əks etdirən rəsm əsərlərinin nümayiş olunması nəzərdə tutulur. Sərgidə iştirak etmək istəyən şəxslər, mövzuya aid olan əsərlərin keyfiyyətli fotolarını 25.11.2016-cı il tarixinədək fidan.boyukbabali.1994@gmail.com ünvanına göndərmələri xahiş olunur. Layihə boyunca görüləcək işlər və yeniliklər barədə məlumatları “İşğaldakı Sərvətimiz” facebook səhifəsini izləyərək əldə edə bilərsiniz.
Əlaqə nömrəsi: +994 50 743 58 78, +994 77 477 17 27