9 noyabr - Dövlət Bayraq gününə həsr olunan yürüşdə Təhsil Nazirliyi, Milli Məclis deputatları, nazirliyin tabeliyində olan qurumların əməkdaşları, ali təhsil ocaqlarının rektor və müəllimləri ilə yanaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, universitetin professor-müəllim heyəti və tələbələri fəal iştirak ediblər.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Yürüş, hərbi orkestrin ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tələbə və şagirlər Dövlət Bayrağımıza həsr olunmuş şeir və mahnılar səsləndirib, rəqslər ifa ediblər.