Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sosial iş” ixtisasının I və II kurs tələbələri, Tələbə elmi cəmiyyətinin və Qızıl Aypara cəmiyyətinin dəstəyi ilə 5 noyabr 2016-cı il tarixində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında gənclər üçün ünsiyyət qurmaq bacarıqlarının öyrənilməsinə həsr olunan növbəti təlimdə iştirak ediblər. “Yaşamaq istəyirsənsə, ünsiyyət qurmaq bacarıqlarını öyrən” mövzusuna həsr edilən təlimdə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova hər bir nümayiş edilən tapşırığı gənclərlə birgə təhlil edərək, düzgün ünsiyyətin qurulmasına dair bilik və bacarıqlarına dair qeydləri səsləndirib. Sonda hər bir iştirakçı onun üçün bu təlimin faydalı olduğunu vurğulayaraq, başqa mövzulara həsr edilən bu kimi təlimlərdə iştirak etmək arzusunu bildirib.