2 noyabr 2016-cı il tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis etdiyi şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edilib. ADMİU-nun elmi şurasının 28 sentyabr 2016-cı il 6 saylı iclasının qərarı ilə, rejissorluq fakültəsinin 4-cü kurs tələbəsi Günel Qafarovaya təqaüd verilib.
Qeyd edək ki, Vaqif Əhmədov adına təqaüd Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanan birgə əməkdaşlıq haqqında niyyət protokolu əsasında təsis edilmişdir. Təşəbüssün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.