8 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Alman-Azərbaycan «Dirçəliş» Cəmiyyətinin sədr müavini Rüstəm Kerrar Ələsgərovun (Rudolf Gill) “Привет из Баку” (Bakıdan salam) adlı kitabının təqdimat mərasimi keçirilib.
Universitetin “Kulturologiya” kafedrasının müdiri kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyevanın təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan universitetin “Kulturologiya” fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Vasif Adilov açıb, Rüstəm Ələsgərovu tələbələrə təqdim edərək sözü müəllifin özünə verdi. Yazıçı, tələbələrə kitab haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırdı.
Kitabda Bakının tarixindən bəhs olunur. Abşeron sahillərində Xəzər dənizçilərinin tarixi, Bayıl massivi və Bakı limanı, Bibi Heybət milli mədəni abidələrinin tarixi , şəhər su xətti, telefonlaşma, şəhər bağları, Sahil bulvarı və şəhər hamamları, Nobel parkı, şəhər saatları haqqında ətraflı, tarixi faktlar və araşdırmalara əsaslanan məlumatlar qeyd olunub.