2016-cı ilin ümumi səciyyəsi nöqteyi-nəzərindən qeyd etmək lazımdır ki, son dövrlərdə Azərbaycan dünya, Avropa miqyasında iqtisadi cəhətdən sürətlə inkişaf edən bir ölkə kimi birmənalı şəkildə özünü təstiq edə bilib.
Azərbaycan sivil, multikultural bir ölkəyə çevrilib. Müxtəlif millət və dinlərin nümayəndələri burada birgə yaşayırlar. 2016-cı il multikulturalizm ili elan edilib. Ölkənin unikal bədii təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bu çağırışa qoşularaq "Azərbaycan tolerantlığın və humanizmin beşiyidir" adlı bir layihəyə imza atıb.
Layihənin birinci mərhələsində Amerikalı, Türk, Pakistanlı və Azərbaycanlı tələbələrin ifasında musiqi nömrəsi hazırlanıb. Universitetin Türkiyəli tələbəsi Sinan Can akarın ifasında Aşıq Veysəlin “Uzun incə bir yoldayım” və ADMİU-nun istedadlı məzunu Azər Səlimovun ifasında kərkük xalq mahnısı “Ninnə Yarım” səslənir.
Universitetin "Beynəlxalq Əlaqələr Şöbəsi"nin dəstəyi ilə hazırlanan musiqili çarxın müəllifi CALAL KƏNGƏRLİDIR.
İfaçılar
Xanəndə - Azər Səlimov
Vokal, bağlama, gitar - Can Akar
Tar - Ağayar Xanlarov
Kamança - Cahandar Xanlarov
Balaban - Araz Fətəliyev
Ritm - Alparslan Yeşılbaş
Şeykr - Andrew Nairn