Mingəçevir şəhərində İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə şəhərin 68-ci ildönümü ilə bağlı Mingəçevir Dövlət Dram Teatrında tədbir keçirilib.
Tədbirdə teatr xadimləri, Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları, Dövlət YUĞ teatrının aktyorları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyəti iştirak ediblər. Aktyorların ifasında Mingəçevir şəhərinin tarixi ilə bağlı səhnələşdirilmiş parçalar nümayiş etdirilib.
Xalq artisti, professor Zamiq Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq Çalğı Alətləri ansamblı çıxış edib. Həmçinin:
Z.Əliyev “Azərbaycan”, Macarıstanda və Slovakiyada keçirilən Beynəlxalq folklor festivalının laureatı Murad Kəngərli və Günay Mehdiyeva “Nazəndə sevgilim”, “Şuşanın dağları”, əməkdar artist Zakir Əliyev “Segah təsnifi”, Şəfili Məharət “Şirvan gözəlləməsi” “Şəşəngi”, Məmmədli Türkan “Vətən oğluyam”, Respublika Muğam müsabiqəsinin laureatı Qaçayev Rəvan “Ayçiçək”, Məlikli Cəlal “Bakı haqqında mahnı” ilə çıxış edib Əməkdar artist Firuzə İbadovanın ifası dinlənilib və bütün iştirakçılar “Azərbaycan” mahnısını səsləndiriblər.
Tədbir, tamaşaçıların alqışı ilə qarşılanıb, sonra Mingəçevir şəhər İcra Hakimiyyəti rəhbərliyinin iştirakçılara və qonaqlara minnətdarlıq çıxışı ilə sona çatıb.