ADMİU-NUN KULTUROLOGİYA FAKÜLTƏSİNDƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN (TEC) İCLASI KEÇİRİLİB
ADMİU-NUN KULTUROLOGİYA FAKÜLTƏSİNDƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN (TEC) İCLASI KEÇİRİLİB
16.11.2016
15 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) iclası keçirilib.
İclasda TEC-in əsasnaməsi oxunub və tələbələrə bu barədə ətraflı məlumat verilib. TEC-in kulturologiya fakültəsi üzrə sədri II kurs sosial iş ixtisasının tələbəsi Bayramlı Fətmət təyin olunub və kulturologiya fakültəsi üzrə işçi şöbələr müəyyənləşdirilib.
Sonda, Universitetin hər bir fakültəsində Tələbə Elmi Cəmiyyətinin iclası keçiriləcəyi və fakültə üzrə TEC sədrləri təyin olunacağı qeyd olunub.