ADMİU-DA POLŞA MÜTƏXƏSSİSLƏRİ TƏRƏFİNDƏN USTAD DƏRSLƏRİ KEÇİRİLİR
ADMİU-DA POLŞA MÜTƏXƏSSİSLƏRİ TƏRƏFİNDƏN USTAD DƏRSLƏRİ KEÇİRİLİR
18.11.2016
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının tələbələrinə Şərqi Avropa İfaçılıq Sənətləri Platforması, müasir Polşa teatrı üzrə tədris proqramı çərçivəsində ustad dərsləri keçirilir. Dərslər teatr və rəqsə həsr olunmuş mühazirə, təlim və praktiki məşğələlər əsasında təşkil olunur, tələbələrə səhnə hərəkəti fənninin müasir metodologiyaları öyrədilir. Layihənin məqsədi tələbələri Polşa teatrının yeni hadisələri ilə tanış etmək, son 20 ildəki dəyişikliklərin ictimai və siyasi kontekstini əsaslandırmaq və Polşa teatrının müasir Avropa və dünya kontekstində yerini təyin etməkdir.
Mühazirəçilərlə birgə layihənin rəhbəri, EEPAP nümayəndəsi Marta Şimanska və layihənin koordinatoru İrena Fedorkova ölkəmizə səfər ediblər.
Növbəti bu tipli ustad dərslərin keçirilməsi 2017-ci ilin mart ayına planlaşdırılıb.