AZƏRBAYCAN SOSİAL İŞ İCTİMAİ BİRLİYİ QADIN ZORAKILIĞINA QARŞI BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR
AZƏRBAYCAN SOSİAL İŞ İCTİMAİ BİRLİYİ QADIN ZORAKILIĞINA QARŞI BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR
28.11.2016
BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Ənənəvi olaraq hər il bu gün dünyada qeyd edilir. Azərbaycan Sosial İş İctimai Birliyi də, bu gün ilə əlaqədar olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Elmi Cəmiyyəti ilə birgə Avstriyalı ekspert Herbert Paulişinin iştirakı ilə tədbir təşkil edilib.
Tədbirdə Herbert Paulişin bu günün tarixi haqqında ətraflı məlumat verib. Həmçinin cənab Herbert qadın zorakılığına qarşı mübarizə haqqında yazdığı məqalə haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, məqalə Azərbaycan dilinə də tərcümə olunub və çap olunacaq.
Təqdimatçı cənab Herbert Paulişin Avstriya Sosial İşçilər Federasiyasının İcraçı Direktoru, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqının birlikdə həyata keçirdiyi "Azərbaycanda Sosial Xidmətlərin İnkişaf etdirilməsi” layihəsinin koordinatorudur.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi Cəmiyyətinin üzvləri, I-II kurs Sosial iş və Muzey işi və abidələrin mühafizəsi ixtisaslarının tələbələri və müəllim heyəti, həmçinin Birliyin nümayəndələri iştirak edib.