Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti istedadlı musiqiçi tələbələri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilən “Milli not” layihəsinə qoşulmağa dəvət edir. Layihənin əsas məqsədi milli musiqimizin təbliğ olunması, gənclərin musiqi sahəsində bilik və bacarıqlarının artırılmasından ibarətdir. Layihə intellektual yarış formatında komandalar arasında keçiriləcək. Yarışda musiqi tarixi, bəstəkarların yaradıcılığı, musiqi nəzəriyyəsi haqqında olan suallar yer alacaq. İştirak etmək istəyən tələbələr Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatına (ADMİU TGT) müraciət edə bilərlər.