İSLAM HƏMRƏYLİYİ OYUNLARI VƏ KÖNÜLLÜLÜK PROQRAMI HAQQINDA SEMİNAR KEÇİRİLİB
İSLAM HƏMRƏYLİYİ OYUNLARI VƏ KÖNÜLLÜLÜK PROQRAMI HAQQINDA SEMİNAR KEÇİRİLİB
02.12.2016
2 dekabr 2016-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələr İslam Həmrəyliyi Oyunları və Könüllülük Proqramı haqqında seminar keçirilib.
İslam oyunları mərasimlər şöbəsinin, işçi heyət və insan resursları üzrə menecer Elgün Məcidli və mütəxəssis Azər Əsədov tələbələrə islam oyunlarının tarixi haqqında qısa məlumat çatdıraraq, könüllü proqramının ətraflı izahını veriblər.
Tələbələr könüllülük proqramına qoşulduqları zaman maraqlı təcrübə, Azərbaycanı təmsil etmək imkanı, yarışlar zamanı yemək və nəqliyyatla təmin olunma, pulsuz ingilis dili kursları və sertifikat qazanırlar.
Qeydiyyatdan keçmək istəyən şəxslər www.baku2017.com/az linkindən istifadə etməlidirlər.