24 dekabr tarixində ADMİU-da , Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Vətən Məni Yetişdirib" adlı vətənpərvər musiqi müsabiqəsi keçirilib.
Müsabiqədə qaliblər diplom və mükafatla təltif olunublar. I yerin qalibi – Sevinc Abidinova, II yerin qalibi – Şəfiqə Abbasova, III yerin qalibi – Kamil Abbasov olublar.