12 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzində Qırğızıstanın Xalq artisti, qırğız və qazax kinosunun görkəmli nümayəndəsi, Pavel Lebeşev mükafatı laureatı, tanınmış kinooperator Xasanbek Kıdıraliyevin "Müasir kinoda operator sənətinin spesifikası" mövzusunda ustad dərsi keçiriləcək. Rejissorluq, Operator sənəti ixtisasında təhsil alan tələbələri və bu mövzuya marağı olan şəxsləri ustad dərsinə dəvət edirik.