Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrin təsis etdiyi “Mismar.az” mədəniyyət portalının təqdimatı keçirilib. Tədbirdə Universitetin III kurs Kitabşünaslıq ixtisasının tələbəsi, saytın təsisçisi Taleh Rəcəbli, IV kurs Bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisasının tələbəsi, baş redaktoru Emil Hacızadə çıxış edərək saytda mədəniyyət və incəsənətlə bağlı yeniliklər, müəllif yazıları, dünya ədəbiyyatından maraqlı tərcümələrin yer alacağını bildirib, əsas məqsədləri və gələcək planlardan söz açıblar.
Universitetin professor-müəllim, tələbə heyətinin iştirak etdiyi tədbirdə portalın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.