Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın şəxsi dəvəti ilə ziyafət mərasimində iştirak ediblər.
Tədbirdə Musiqi sənəti fakültəsinin tələbələri Ağayar Xanlarov (tar), Cahandar Xanlarov (kaman), məzunu Azər Səlimov (xanəndə) ifaları ilə səfirliyin işçiləri və qonaqları üçün unudulmaz anlar yaşadıblar.
Ziyafətin sonunda səfir Robert Sekuta təşəkkür məktubu ilə tələbələrə yaradıcılıq fəaliyyətlərində uğurlar arzu edib və ifalarını yenidən dinləmək arzusunda olduğunu vurğulayıb.