ADMİU-DA HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN NÖVBƏTİ XV HESABAT-SEÇKİ KONFRANSI KEÇİRİLİB
ADMİU-DA HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN NÖVBƏTİ XV HESABAT-SEÇKİ KONFRANSI KEÇİRİLİB
02.05.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Həmkarlar İttifaqı Komitəsinin növbəti XV hesabat-seçkisi keçirilib. Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevanın iştirakı ilə keçirilən iclasda Muzeyşünaslıq kafedrasının dosenti, elmlər doktoru İlqar Hüseynov sədrlik edib.
Həmkarlar İttifaqı Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyavuş Məhişov hesabat-seçkisində son beş ildə görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. İttifaq üzvlərinin sosial rifahının yaxşılaşdırılması, əmək hüquqlarının qorunması və asudə vaxtlarının təşkili sahəsində görülən işlər barədə geniş məlumat verilib, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Məruzə ətrafında çıxışlarda komitənin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Bir sıra təkliflər irəli sürülərək, təşkilati məsələyə baxılan iclasda əlli üç nəfər nümayəndənin yekun qərar ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyavuş Məhişov yenidən Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.