Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Estrada sənəti kafedrasının baş müəllimi, Əməkdar artist İnarə Babayevanın rəhbərliyi ilə Musiqi sənəti fakültəsinin tələbələrinin sinif konserti keçirilib.
Konsertdə konsertmeyster Emin Həsənovun müşayiəti ilə Estrada sənəti ixtisasının tələbələri I kurs Tural Xəlilzadə O.Kazımi “Bakının qızları”, W.Malgoni “Guarda che luna”, Şəfiqə Abbasova E.Sabitoğlu “Çiçək yağışı”, İ.Berlin “Cheek to cheek”, L.Gottwald, S.Moccio, Mozella “Wrecking ball”, II kurs Sərxan Cəfərov V.Adıgözəlov “Yuxular”, A.Bəbirov “Yollar”, D.Muckala, L.Robbins, J.Cates “Incomplete”, Şövqi Əmrahov E.Sabitoğlu “Balaldadaşın ilk məhəbbəti” k/f-dən mahnı, J.Herman “Hello, Dolly!”, A.Guerra “Parlami d’amore”, Güllü Bəhərzalova V.Gərayzadə “Qaytar eşqimi”, D.Warren “Can’t fight the moonlight”, Nigar Xəlilova T.Quliyev “Sevinc mahnısı”, D.Frank, S.Kipner “Genie in a bottle” əsərlərini ifa ediblər. Sonda bütün tələbələrin ifasında E.İbrahimovanın “Ey Vətən” mahnısı səslənib.