ADMİU MÜƏLLİM VƏ TƏLƏBƏ HEYƏTİ IV TÜRK DÜNYASI BEYNƏLXALQ ARAŞDIRMALAR SİMPOZİUMUNDA
ADMİU MÜƏLLİM VƏ TƏLƏBƏ HEYƏTİ IV TÜRK DÜNYASI BEYNƏLXALQ ARAŞDIRMALAR SİMPOZİUMUNDA
05.05.2017
26-28 aprel 2017-ci il tarixlərində Ömer Halisdemir Universiteti, Qazaxıstan Dövlət Qızlar Pedaqoji Universiteti, M.Akmulla Başqırdstan Dövlət Pedaqoji Universiteti və Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları IV Beynəlxalq Türk Dünyası Araşdırmalar Simpoziumunda iştirak ediblər.
Tələbə Elmi Cəmiyyətinin rəhbərliyi ilə simpoziumda Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Günel Seyidəhmədli “Azərbaycanın monumental memorial qəbirüstü abidələri” adlı məruzəsi ilə çıxış edib. Bədii hissə çərçivəsində təşkil olunan “Kökümüz bir Türküz” festivalı və “Türk Dünyası Qardaşlıq” konsertində Universitetin əməkdaşları Murad Kəngərli (xanəndə), Ramin Rzayev (tar) və kamançada Kamal Abdullayev (kamança) ölkəmizi yüksək səviyyədə təmsil ediblər.
Simpoziuma on altı ölkə və yüzə yaxın fərqli universitet, akademiyadan 553 alim 431 məruzə ilə iştirak edib. Sonda iştirakçılar fəxri diplom ilə təltif olunublar.