ADMİU “HEYDƏR ƏLİYEV AZƏRBAYCAN DÖVLƏT GƏNCLƏR SİYASƏTİNİN BANİSİDİR” ADLI TƏDBİRDƏ
ADMİU “HEYDƏR ƏLİYEV AZƏRBAYCAN DÖVLƏT GƏNCLƏR SİYASƏTİNİN BANİSİDİR” ADLI TƏDBİRDƏ
05.05.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin YAP Gənclər Birliyinin sədri Orxan Məmmədovun rəhbərliyi altında Rəssamlıq və Kulturologiya fakültələrində təhsil alan tələbələr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” adlı tədbirdə iştirak edib.
Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş tədbirə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fəttah Heydərov, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri, Gənclər Fondundan qrant qazanmış gənclər və media nümayəndələri dəvət olunub. Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan çətin zamanda bir istinad nöqtəsinə, sülhün, tərəqqinin, uğurlu siyasətin ünvanına çevrildiyi və dünyanın inkişaf etmiş ölkələrinin sırasına yüksəldiyi qeyd olunub.
Tədbir gənclər təşkilatlarının rəhbərlərinin və Gənclər Fondundan qrant qazanmış gənclərin çıxışları ilə davam edib və Fond tərəfindən Heydər Əliyevlə bağlı hazırlanmış film nümayiş olunub.