YEGANƏ EYVAZOVANIN "ABİDƏŞÜNASLIQ" ADLI MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
YEGANƏ EYVAZOVANIN "ABİDƏŞÜNASLIQ" ADLI MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
10.05.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika elmlər üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazovanın “Abidəşünaslıq” adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiyada tarix və mədəniyyət abidəsi fenomeninin tərifi, əlamətləri, onun status səviyyəsini müəyyən edən dəyər komponentləri təhlil olunur və abidələr ilə bağlı məsələlərin geniş spektri nəzərdən keçirilir.
Azərbaycanda “Abidəşünaslıq” adında nəşr olunan bu il kitabdan abidələrin mühafizəsi, populyarlaşdırılması sahəsində çalışan mütəxəssislər, eləcə də muzeyşünaslıq üzrə təhsil alan bakalavr tələbələr, magistrantlar və doktorantlar bəhrələnə bilər.