ADMİU-NUN TƏŞKILATÇILIĞI İLƏ ÜMUMMİLLİ LIDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 93-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB
May ayının 5-i Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatşılığı ilə Milli Kitabxananın konfrans zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Kitabxanaçılıq-İnformasiya Elmi: tədris və təcrübədə yeni çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə kitabxanada ulu öndərə həsr edilən kitab sərgisi ilə tanış olublar. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 250-dən çox kitab nümayiş olunub. Bu nəşrlər arasında dahi şəxsiyyətin vaxtilə Milli Kitabxanaya hədiyyə etdiyi kitablar da yer alıb. Beynəlxalq elmi tədbir daha sonra kitabxananın konfrans zalında davam edib. Öncə Heydər Əliyevin 1995-ci il iyunun 3-də Milli Kitabxanadakı çıxışı əsasında hazırlanmış videoçarx təqdim edilib.
Konfransda giriş sözü ilə Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov Heydər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva çıxış edərək Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən, onun kitabxananı bütün cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi adlandırıraraq, ölkənin kitabxana tarixində dönüş mərhələsi hesab olunan “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması, bu gün Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev də ölkəmizdə kitabxana işinə böyük qayğı göstərməsindən danışıblar.
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva hər il olduğu kimi, bu il də ADMİU öz ənənələrinə sadiq qalaraq Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği istiqamətində müxtəlif tədbirlər keçirdiyini qeyd edib.
Konfrans çərçivəsində Universitetinin rektoru Fərəh Əliyeva və Milli Kitabxananın direktoru Tahir Kərimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıb.
Daha sonra konfrans işini iki seksiyada davam etdirib. Qeyd edək ki, Konfransın məqsədi Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində, kitabxanalarında fəaliyyət göstərən alimləri, kitabxanaçı mütəxəssisləri, pedaqoqları, elmi-tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, aktual problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.
Kitabxanaçılıq-informasiya elmləri: tədris və təcrübədə yeni çağırışlar” Beynəlxalq Elmi Konfransına aşağıdakı əsas elmi istiqamətlər üzrə məruzələr qəbul olunmuşdur: kitabxanaşünaslığına aktual problemləri, biblioqrafiya işinin təşkilində müasir metodlar, kitabşünaslıq-nəşriyyat işi: problemlər və inkişaf perspektivləri, kitabxana işinin rəqəmsallaşdırılması, kitabxanaçılıq təhsilinin müasir vəziyyəti və inkişaf perspektivləri və s.
Konfransda “XXI əsrin informasiya məkanında oxuculara xidmətin əsas istiqamətləri, innovativ yeniliklərin tətbiqi təcrübəsi”, “Elektron kitabxanaların inkişafı: problemlər və perspektivlər”, “Kitabxanaçı kadrların peşəkarlığının artırılması yolları: müasir vəziyyəti və perspektivləri”, “İnformasiyalaşdırılmış cəmiyyətdə kitabxanaçılıq fəaliyyətində və təhsilində innovativ dəyişikliklər”, “Mütaliə problemləri və elektron kitabxana”, “İnformasiya cəmiyyəti və mütaliə” və s. mövzularda 50 dən çox məruzə dinlənilib.