ADMİU-NUN TURİZM VƏ OTELÇİLİK İXTİSASINDA TƏHSİL ALAN TƏLƏBƏLƏR USTAD DƏRSİNDƏ
ADMİU-NUN TURİZM VƏ OTELÇİLİK İXTİSASINDA TƏHSİL ALAN TƏLƏBƏLƏR USTAD DƏRSİNDƏ
15.05.2017
Karyera, planlama və inkişaf mərkəzinin dəstəyi ilə New Baku otelində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının baş müəllimi Nizami Əsədov başda olmaqla, Kulturologiya fakültəsinin Turizm və otelçilik ixtisasında təhsil alan III kurs tələbələri “Yeni turizm trendləri və Azərbaycanda turizmin inkişafı” mövzusunda ustad dərsində iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nizami Əsədov tələbələrə otelin tarixi, fəaliyyəti, ölkə iqtisadiyyatının turizm sektorundakı rolu və otelin rəhbərliyi barədə geniş məlumat verib. Otelin direktoru Ceyhun Aşurova isə Azərbaycanda turizm səhəsinin inkişaf etdirilməsində dövlətin qarşısında duran prioritet vəzifələr və yeni turizm trendləri haqqında məlumatları tələbələr ilə bölüşüb, onları maraqlandıran sualları cavablandırıb.
Daha sonra tələbələrə oteldə fəaliyyət göstərən şöbələrin vəzifəsi, funksiyaları, müştərilərlə ünsiyyət, xidmət, eləcə də rezervasiya qaydaları, təklif olunan menyuların təsnifatı, verilən tələblər və idarəolunma formaları barədə ətraflı məlumat verilib.