Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrasında konsert təşkil olunub.
Kafedranın müəllimi, Əməkdar artist, professor Gülnaz İsmayılovanın I kurs tələbəsi Valeriya Hüseynzadə İ.Əsədovun “Sən olmasan”, A.A.Duffy, S.Booker “Mercy”, II kurs tələbəsi Tərxan İbrahimov S.Səmədzadənin “Bu dünyanı nağıl bilək”, III kurs tələbəsi Samir Əsgərzadə Bono, The edge “Golden eye”, müəllim İntiqam Kərimovun I kurs tələbələri Ülvi Abidinov X.Mirzəzadənin “Qayalar”, Xəyal Əsədov X.Yunisin “Səngər”, II kurs tələbəsi Vüsal Nəsirov T.Babayevin “Köhnə həyət” və IV kurs tələbələri Zöhrə Hüseynbəyli T.Quliyevin “O qızı tapın” k/f-dən “Kimsən sən?”, Kənan Məmmədov N.Əzimovun “Darıxdım”, Sting “Englishman in New York” mahnılarını ifa ediblər. Tələbələri Estrada sənəti kafedrasının konsertmeysteri Zəhra Babanlı müşayiət edib.
Konsert bütün tələbələrin ifasında R.Hacıyevin “Azərbaycan” mahnısı ilə tamamlanıb. Sonda Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva çıxış edərək, tələbələrin ifasını bəyəndiyini qeyd edib, onlara yaradıcılıq uğurları arzulayıb.