ADMİU-DA “ÇAĞDAŞ AZƏRBAYCAN KİNOSUNDA RƏQƏMSAL TEXNOLOGİYALARDAN İSTİFADƏ PROBLEMLƏRİ” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
ADMİU-DA “ÇAĞDAŞ AZƏRBAYCAN KİNOSUNDA RƏQƏMSAL TEXNOLOGİYALARDAN İSTİFADƏ PROBLEMLƏRİ” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
17.05.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Çağdaş Azərbaycan kinosunda rəqəmsal texnologiyalardan istifadə problemləri” adlı elmi-nəzəri konfrans keçirilib.
Konfransda Elm və yaradıcılıq üzrə prorektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə professor-müəllim və tələbə heyətini salamlayaraq, iştirakçılara uğurlar arzulayıb.
Kino-televiziya sənətləri kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Quliyev “Digital Cinematography”ın kino sənətinə gəlişini şərtləndirən amillər”, müəllim İsrafil Ağazadə “Цифровое кино”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Hüseynova “Azərbaycanda rəqəmsal televiziya yayımına keçidi zəruri edən amillər” mövzularında çıxış ediblər.
Konfrans daha sonra Kino-televiziya kafedrasının I kurs magistr tələbələri Emil Qafarlının “Kino və rəqəmsal texnologiyalar”, Elnur Mehdiyevin “Azərbaycan teletamaşa və seriallarında rəqəmsal texnologiyalardan istifadə tendensiyaları” və IV kurs tələbəsi Hafiz Əhədovun “Необходимость обучения цифровых технологий в кино”adlı məruzələrinin çıxışı ilə davam edib.