Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekorativ tətbiqi sənət (DTS) və dizayn ixtisası üzrə təhsil alan tələbələrinə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbələri Əsmər Nəcəfquliyeva və Aytən Quliyeva "Marketri" üzrə ustad dərsləri keçib.