Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tacikistan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva, Rəssamlıq fakültəsinin dekanı Afət Aslanova Dizayn və dekorativ-tətbiqi sənət kafedrasında tədris olunan Xalçaçı rəssam və Qobelen üzrə rəssam ixtisasları haqqında ətraflı məlumat verib.
Nümayəndə heyətindən Tacikistan Sənaye və Yeni Texnologiyalar Nazirliyinin yüngül sənaye üzrə müavini Mavlüda Kiromova Atakulova, Əhalinin Əmək, Miqrasiya və Məşğulluq Nazirliyinin, Düşənbə Təhsil Mərkəzinin müdiri Mansurov Yormatov, “Çaşma” Elmi İstehsalat Birliyinin müdiri Sanovbar İmomnazarova, Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı layihəsinin toxuculuq üzrə milli eksperti Abdukaxor Xamdamov və texniki layihə koordinatoru Malika Yarbabaeva Azərbaycan xalçaları, mədəniyyəti və tələbələrin kurs, diplom işləri ilə yaxından tanış olublar.