27-29 iyun 2017-ci il tarixində UNESCO-un dəstəyi ilə Avropa Sosial İş Məktəbləri Assosiasiyası, Fransada Sosial İş Təhsili və Tədqiqatı üzrə Milli Birlik Fransanın Paris şəhərində elmi-praktik konfrans keçirib.
“Avropada sosial iş təhsili: çətinliklər və maneələr” mövzusunda keçirilən konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini Kulturologiya kafedrasının müdiri, dosent Sədaqət Əliyeva təmsil edib.
Avropanın müxtəlif ölkələrini, Kanada, Filippin, ABŞ və Avstraliyada daxil olmaqla 40-dan çox ölkədən, 100-ə yaxın Sosial iş Məktəbi, beynəlxalq təşkilatlar və yerli Sosial işçilər Birliklərini təmsil edən 300-ə yaxın nümayəndənin iştirak etdiyi plenar iclaslarda məhşur sosial iş mütəxəssisləri, BB-ın Essex Universiteti, Durham Universitetinin, İsveçin Qotenburq Universitetinin professorları öz nəzəri və elmi biliklərini paylaşıblar.
Daha sonra müxtəlif ölkələrdən sosial işçilər və sosial iş tədrisi mütəxəssisləri tərəfindən “Sosial iş tədrisində perspektivlər, innovasiyalar və metodologiya”, “Sosial iş tədrisində kurikulum və kurs məzmunun yaradılması və inkişaf etdirilməsi”, “Etik məsələlər: Etikanı öyrətmək və etik müəllim olmaq” və “Sosial iş peşəsinin və sosial iş təhsilinin struktur və təşkilati vəziyyəti, professional statusu” mövzuları ətrafında təcrübələrini bölüşüblər.
Qeyd edək ki, konfransın əsas məqsədi Avropada sosial iş tədrisi mütəxəssisləri, praktiki sosial işçilər, tələbələr arasında dialoq və sosial iş tədrisinin inkişafı istiqamətində əməkdaşlıqdır.