ADMİU TƏLƏBƏLƏRİNİN BEYNƏLXALQ MÜSABİQƏDƏ NÖVBƏTİ UĞURU
ADMİU TƏLƏBƏLƏRİNİN BEYNƏLXALQ MÜSABİQƏDƏ NÖVBƏTİ UĞURU
14.07.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti Macarıstanın Balaton və Vesperm şəhərlərində keçirilən “Renessans” Beynəlxalq Festivallar çərçivəsində “XVII Balaton-Youth-Art” festivalında iştirak edib.
Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva beynəlxalq festival-müsabiqəyə münsiflər heyətinin üzvü kimi dəvət olunub.
Müsabiqədə kafedranın dosenti Zəhra Qarayevanın müşayiəti ilə I kurs tələbələri Pərvin Paşazadə A.Məlikovun və M.Defalyanın, Aysun Qəmbərova isə F.Əmirovun və H.Montun əsərlərini ifa edib.
Festival iştirakçıları tərəfindən çıxışları maraqla qarşılnan tələbələr Pərvin Paşazadə “Qızıl” və Aysun Qəmbərova “Gümüş” sertifikatı, kafedra müdiri Səbinə Mehdiyeva münsif heyətində iştiraka və müəllim Zəhra Qarayeva müşayiətinə görə “Professional iş və millətlər arası dostluğun göstəricisi” qiymətləndirmə sertifikatı ilə təltif olunub.