ADMİU-DA BİLİK FONDUNUN NÖVBƏTİ TƏDBİRİ BAŞ TUTUB
ADMİU-DA BİLİK FONDUNUN NÖVBƏTİ TƏDBİRİ BAŞ TUTUB
27.09.2017
Sentyabr ayının 27-də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə tədbir keçirilib.
Tədbirdə tələbələrlə görüşən Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövkinin “İslam incəsənətinə ekskursiya” mövzusunda mühazirəsi dinlənilib.
Əhməd Şövki təmsil etdiyi ölkənin tarixi abidələri – arxitekturasının orijinallığı ilə seçilən dini məbədləri barədə 3d formatında hazırlanan slayd vasitəsi ilə maraqlı məlumat verib.
Tədbirin sonunda Universitetin ictimai həyatında fəal iştirakına görə tələbələr fəxri fərman ilə təltif olunublar.