ADMİU TƏLƏBƏLƏRİ ŞAİR ƏLİAĞA VAHİDƏ HƏSR OLUNAN TƏDBİRDƏ
ADMİU TƏLƏBƏLƏRİ ŞAİR ƏLİAĞA VAHİDƏ HƏSR OLUNAN TƏDBİRDƏ
03.10.2017
Heydər Əliyev Sarayında şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecə keçirilib. Tədbirdə tanınmış sənətkarlar ilə yanaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Ağaəli Kərimzadə, Anar Məcidov, Fikrət Gündüzlü, Hüseynağa Aslanov və Əbülfəz İskəndərli və başqaları işirak edib.
Ədəbi-bədii musiqili gecədə tanınmış sənətkarlar Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nümunələrini, tələbələr isə “Ey könül, var bu ziyafətdə şərafət bu gecə” meyxanasını, “Mələkdir” və “Gözəldir” qəzəllərini səsləndiriblər.