ADMİU-NUN TƏLƏBƏLƏRİ "I AM JAZZMAN" MÜSABİQƏSİNİN QALİBLƏRİ OLUB
ADMİU-NUN TƏLƏBƏLƏRİ "I AM JAZZMAN" MÜSABİQƏSİNİN QALİBLƏRİ OLUB
22.10.2017
Beynəlxalq Muğam Mərkəzində 2017 Bakı Caz Festivalı çərçivəsində "I am Jazzman” müsabiqənin final turu keçirilib. Final müsabiqəsinə vəsiqə alan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin II kurs tələbələri Şəfiqə Abbasova, Nərmin Məmmədli, Nurlan Abdullazadə, III kurs tələbələri Məhəmməd Məmmədli, Ruslan Alişan, Polad Murtuzayev və digər ölkələrin caz ifaçıları iştirak ediblər.
Müsabiqənin sonunda Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva, münsiflər heyətinin sədri Rauf Əliyev bütün iştirakçılara uğurlar arzulayıb və qalibləri elan ediblər. 12 final iştirakçısı arasında İnstrumental ifaçılıq üzrə tələbə Nurlan Abdullazadə I yerə və Məhəmməd Məmmədli II yerə layiq görülüb.