Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində keçirilən XXI Respublika Elmi konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorant və gənc tədqiqatçıları da iştirak edib.
Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalıların iştirak etdiyi konfransı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq uğurlar arzulayıb.
Təhsil naziri Mikayıl Cabbarov konfransın əsas məqsədindən, gənclərin tədqiqat işlərində fəallığının artırılması istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edib. İki gün davam edən kоnfransa 18 ali təhsil müəssisəsindən və AMEA-dan doktorantlar və gənc tədqiqatçılar qatılıb. 14 bölmədə keçən konfransın “Musiqişünaslıq və mədəniyyətşünaslıq” bölməsində Azərbaycan Dövlət Mədəniyyət və İcəsənət Universitetinin gənc tədqiqatçıları çıxış edib. Doktorantlar Aygün Aslanova “Qeyr-neft sektorunun inkişafında kinomatoqrafiyanın rolu: Azərbaycan kommersiya kinosunun perspektivləri”, Cavid Ələkbərli “İspaniyada mövcud xalq və etnik qrupların fərqli mentalitetləri”, Kamran Qasımov “Orta Asiya Türk xalqları kinosunda yeni dalğa (2005-2017-ci illər)”, Fəxri Məmmədli “Virtual incəsənət yeni istiqamət və təbliğat forması kimi”, Ülkər Məmmədli “Bəstəkar yaradıcılığında milli musiqi sematikasının təsfiri problemləri”, Bəhruz Niftəliyev “Televiziyada janr, jurnalist etikası və rəqabət”, Tərlan Rəsulov “Postdramatik teatrda mif”, Günay Səttərova “Antonen Arto – üsyankar intellectual”, İlahə Sadıqova “Televiziya və televiziya seriallarının ailə mədəniyyətinin formalaşmasına təsiri”, Nərmin Tağıyeva “Milli teatr qavrayışının strukturu: din və teatr”, Nərgiz Yaqubova “Keçid dövründə identifikasiya problem” və Yeganə Yunusova “Станковая скульптура в творчестве Ханлара Ахмедова” mövzularında məruzələri dinlənilib.