ADMİU-NUN ƏMƏKDAŞI “100. YILINDA SOVYET İHTİLALI VE TÜRK DÜNYASI” BEYNƏLXALQ SİMPOZİUMDA
ADMİU-NUN ƏMƏKDAŞI “100. YILINDA SOVYET İHTİLALI VE TÜRK DÜNYASI” BEYNƏLXALQ SİMPOZİUMDA
30.10.2017
25-27 oktyabr Ankara şəhərində Hacettepe Universiteti Türkiyat Araştırmaları Enstitusunun təşkil etdiyi “100.Yılında Sovyet ihtilalı ve Türk Dünyası" VI Beynəlxalq Türkiyat Araşdırmaları Simpoziumu keçirilib.
Beynəlxalq simpoziumda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Günel Seyidəhmədli "Sovyet Döneminde Azerbaycan heykeltaraşlığı" adlı məruzəsi ilə çıxış edib.
Daha çox siyasi baxışların yer aldığı simpoziumda səslənən məruzələrdən fərqli olaraq Günel Seyidəhmədlinin məruzəsində mədəni aspektlərə toxunularaq, Azərbaycan incəsənətinin bir hissəsini özündə əks etdirən Sovet dövrü Azərbaycan heykəltəraşlığından və bu dövrün problemlərindən bəhs olunub.