ADMİU-DA ŞƏN HAZIRCAVABLAR KLUBU FƏALİYYƏTƏ BAŞLAYIB
ADMİU-DA ŞƏN HAZIRCAVABLAR KLUBU FƏALİYYƏTƏ BAŞLAYIB
01.11.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində yaradılan tələbələrdən ibarət Şən Hazırcavablar Klubu fəaliyyətə başlayıb. Klubun kapitanı Teatr sənəti fakültəsinin II kurs tələbəsi Şahin Tağızadə, ideya müəllifi isə Kino və televiziya fakültəsinin II kurs tələbəsi Şəfəq Səmədovadır.
Klubun yaradılmasında əsas məqsəd istedadlı tələbələri bir araya gətirmək və müxtəlif turnirlərdə Universiteti layiqincə təmsil etməkdir. Hal-hazırda isə Universitetdə tələbələrin məşqləri davam edir. Qeyd edək ki, yaxın zamanda Şən Hazırcavablar Klubunun açılış mərasimi “Səda” Tədris Teatrında baş tutacaq.