Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində yaradılan tələbələrdən ibarət Yazarlar Klubunun ilk iclası keçirilib. İclasda Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor Gülşən Əliyeva klubun yaranması ilə bağlı tələbələri təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Kino və televiziya fakültəsinin II kurs tələbələri Seyyidəli Fəttayev klubun sədri, Hökümə İsrafilova isə ideya müəllifidir. Klubun yaradılmasında əsas məqsəd isə tələbələri tanınmış yazıçı və şairlər ilə tanış etmək, görüşlər, maarifləndirici seminarlar və şeir müsabiqələri keçirmək, istedadlı tələbələri bir araya toplayaraq universiteti layiqincə təmsil etməkdir.