ADMİU-NUN TƏLƏBƏLƏRİ 22-Cİ BARTIN BEYNƏLXALQ TEATR FESTİVALINDA
 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinin tələbələri mart ayının 28-dən 31-ə dək qardaş Türkiyənin Bartın şəhərində keçrilən 22-ci Bartın beynəlxalq teatr festivalında iştirak edib. Festival “Sənətlərin birləşməsi” proqramı çərçivəsində keçrilib. Festivalda Universitet “Teatr sənəti” fakültəsi dördüncü kurs tələbəsi Şamil İbrahimovun qurluşunda Cəmilə Axundova, Afiq Tağıyev və Şamil İbrahimovun da rol aldığı A.P.Çexovun eyni adlı əsəri əsasında hazırlanmış“Təklif”tamaşası ilə təmsil olunub. Tamaşa çox maraqla qarşılanıb. Festivala İraq pantomim teatrı, Polşa dans teatrı , İsveçrə teatrı, digər ölkələrdən olan teatrlar və eləcə də Türkiyənin muxtəlif şəhərlərindən bir çox teatrlar qatılıb.Tələbələr Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bartın Kültür sanat derneği arasında bağlanmış müqavilə və festivalın “sənətlərin birləşməsi” proqramı çərçivəsində bir çox ustad dərsləri o cümlədən yaradıcılıq emalatxanalarında iştirak ediblər.