Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu IV kurs tələbəsi Samir Hüseynovun bədii qısametrajlı filmi Tbilisi Beynəlxalq Film Festivalında iştirak haqqı qazanıb. Dekabr ayı ərzində keçirilməsi nəzərdə tutulan festivalda “Happy Death” filmi “Tələbə filmləri” bölməsi üzrə nümayiş olunacaq.
Həmçinin IV kurs tələbəsi Masər Həsənovun "Everest-birinci addım" filmi Braziliyanın Alvorada şəhərində keçirilən gənc rejissorların III Alvorada Məktəb Film Festivalının (FECEA) "Universitet" bölməsi üzrə, eləcə də “Sevgi naminə” filmi IX Müstəqil Beynəlxalq İnternet Qısametrajlı Film Festivalında (IISFF) Azərbaycan, Belarus, Almaniya, Hindistan, Moldova, Qazaxıstan, Rusiya, Özbəkistan, Ukrayna, Ermənistan, Amerika Birləşmiş Ştatları və Portuqaliya ölkələri arasında final mərhələlərində iştirak edir.