ADMİU-NUN 23 NÖMRƏLİ MƏKTƏB ARASINDA ƏMƏKDAŞLIQ DAVAM EDİR
ADMİU-NUN 23 NÖMRƏLİ MƏKTƏB ARASINDA ƏMƏKDAŞLIQ DAVAM EDİR
16.11.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və T.Həsənov adına 23 nömrəli tam orta məktəbin qarşılıqlı əməkdaşlığı davam edir. Belə ki, Universitetin Rəssamlıq fakültəsinin müəllimləri Vüqar Əliyev, Mətin Şərifov və II kurs tələbəsi Ramin Səfərli Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə təşkil olunan “23-ün rəssamları” sərgisi çərçivəsində məktəblilərə ustad dərsləri keçib.
Ustad dərsində gənc rəssamlara rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət sahələri haqqında ətraflı məlumat verilib. Əsasən rəng texnikası üzərində müzakirə aparılaraq onları maraqlandıran suallara aydınlıq gətirilib. Daha sonra sərbəst mövzuda verilən tapşırıqlar şagirdlər tərəfindən müxtəlif texnikalarda işlənilib. Sonda müəllimlər tərəfindən əl işləri yüksək qiymətləndirilib.
Noyabr ayının 7-dən 13-ə kimi V.Səmədova adına sərgi salonunda ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, Xalq rəssamı, professor Ağəli İbrahimov, Universitetin müəllim-tələbə heyəti, Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, 23 nömrəli tam orta məktəbin müdiri Yuliya Kərimova, məktəbin müəllim və şagird heyətinin qatıldığı tədbirdə sərgi iştirakçılarına sertifikatlar verilərək, onlara gələcək işlərində uğurlar arzulayıblar.