Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində artıq Bakıda 3-cü dəfə keçirilən “Türk Filmləri Həftəsi”çərçivəsində tələbələrlə görüş keçirilib. Türkiyənin “Yerli Düşüncə Dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino müdirliyi, səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi ilə baş tutan layihənin ümumi koordinatoru, rejissor Öner Kılıç əvvəlcə Universitetin müəllim və tələbə heyətini salamlayaraq digər qonaqları aktyorlar - Qaye Turqut, Mehmet Usta, Meltem Miraloğlı, rejissorlar- Caner Erzincan, Bilal Babaoğlu, Sinan Sertel, prodüserlər - Ahmet Edebali, Turqay Şahini səhnəyə dəvət edib.
Səmimi abu-havada keçən görüşdə Bakıda nümayiş olunacaq filmlərdən, film çəkilişlərindən, tələbələrin bu sahəyə yanaşma tərzindən, maraqlarından danışıb, tələbələrin suallarını cavablandıraraq, təcrübələri ilə bölüşüblər.
Qeyd edək ki, filmsevərlər“Türk Filmləri Həftəsi”çərçivəsində noyabr ayının 20-nə kimi Nizami Kino Mərkəzində “Yeni dünya”, “Aşık”, “Bir gün bir çoçuk”, “Dağ-2” və “Çırak” filmlərini izləyə bilərlər.