ADMİU-DA TEATR REJİSSORU KARİN ÇAPMANIN USTAD DƏRSİ KEÇİRİLİR
ADMİU-DA TEATR REJİSSORU KARİN ÇAPMANIN USTAD DƏRSİ KEÇİRİLİR
01.12.2017
30 noyabr və 4 dekabr tarixində British Council Azerbaijan-ın təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçirilir. Universitetin SABAH qrupu Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin və fiziki məhdudiyyətli gənclərin iştirak etdiyi ustad dərsi Birləşmiş Krallıqların teatr rejissoru Karin Çapman tərəfindən aparılır.
Layihənin əsas məqsədi həm sağlam, həm də fiziki məhdudiyyətli istedadlı gənclərdən ibarət qarışıq tərkibli qrup ilə işləmək və birlikdə tamaşa üçün yaradıcı xarakterli yeni dil formalaşdırmaqdır. Ustad dərsi zamanı təlimçi təfərindən iştirakçıların bir-birini daha yaxından tanıması üçün kiçik oyunlar keçirilib və müxtəlif psixoloji testlər ediblər. Beş qrupa ayrılaraq tələbələr fiziki məhdudiyyətli gənclər ilə birlikdə musiqi sədası altında bir-birindən maraqlı pantomim səhnələr göstərib.