Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələrarası "Poliqon" intellektual yarışı keçirilib. "Kəşfiyyat", "Hədəf", "Girov" və "Zəfər" mərhələlərindən ibarət olan yarışda Aktyor sənəti, Musiqi sənəti, Kino və televiziya, Rəssamlıq, Kulturologiya fakültələrinin tələbələrindən ibarət 6 kamanda iştirak edib.
Yarışın əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunun aşılanmasına həsr olunub. Sonda Kino və televiziya fakültəsinin tələbələri qalib elan olunub və Kempinski Otel Badamdar-da keçiriləcək final yarışına vəsiqə qazanıb. Qeyd edək ki, yarışın müəllifi Zərdab rayon Gənclər Evinin sədri İlkin Əliyevə məxsusdur.