Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə növbəti konsert proqramı baş tutub. Musiqi sənəti fakültəsinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi “Klasssik musiqi axşamı” konsertində ön söz ilə Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Sara Muradova çıxış edib.
Konsertdə ilk olaraq müəllim Təranə Yusifovanın rəhbərliyi altında Universitetin xor kollektivi “Blamann” əsərini ifa edib. Daha sonra İnstrumental ifaçılıq kafedrasının I kurs tələbələri Zaur Məmmədov A.Diabellinin “Prelüd”, Q.Qarayevin “Rəqs”, Müslüm Məmmədov D.Oberin “Jiqa”, Nigar Hüseynova V.Adıgözəlovun “Sonata”, II kurs tələbələri Rafiq Bəkərov S.Raxmaninovun “Etüd” op33 N9 cis-moll, Pərvin Paşazadə Masnenin “Düşüncə”, Sahib Məmmədov K.Sen Sansın “Qaraçı rəqsi”, Yusif Bədəlov M. Ravelin “Suyun oyunu”, Aysun Qəmbərova F.Əmirovun “Məhəbbət rəqsi”, Aynur Əliyeva S.Prokofyevin “Etüd” op52 N3, Günel Quliyeva S.Raxmaninovun “Musiqili an” N4 es-moll, Elməddin İbrahimli Z.Bağırovun “Kiçik Rapsodiya”, III kurs tələbəsi Leyla Fərəcova L. M. Gottschalkın “Sovenir d Andolovsi” və IV kurs tələbəsi Gülnarə Məmmədova F.Şopenin “4 Mazurka” əsərlərini səsləndiriblər.
Sonda İnstrumental ifaçılıq kafedrasının müdiri, dosent Səbinə Mehdiyevanın ifasında F.Şopen “Ballada” N1 op. 23, müəllimlər Leyla Əliyevanın ifasında S.Raxmaninov “Prelüd” N5 op25 g-moll, Rəşad Kazımovun ifasında F.Şopen Fantasia-ekspromt op. 66 cis-moll və Zəhra Qarayevanın ifasında isə Şubert “Ave Maria” (müşaiyyət: R.Kazımov) əsərləri səslənib.
Qeyd edək ki, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti Afət Aslanovanın tərtibatı əsasında konsert zamanı təsviri sənət əsərlərindən ibarət slyad şou da nümayiş olunub.