ADMİU-DA MOLLA PƏNAH VAQİFİN 300 İLLİK YUBİLEYİ QEYD EDİLİB
14.12.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Universitetin professor-müəllim, tələbə heyətinin iştirak etdiyi tədbirdə SABAH qrupu, Teatr sənəti və Musiqi sənəti fakültələrinin tələbələri M.P.Vaqifin ədəbi irsindən ibarət musiqili ədəbi-bədii kompozisiyalar hazırlayıb. Tədbir boyu tələbələrin ifasında “Bəri bax”, “Qurban olduğum”, “Durnalar”, “Kür qırağının əcəb seyrəngahı var”, “Pəri”, “Gəlməmiş”, “Küsmüşəm”, “Gözəl”, “Sevdiyim” qoşmaları səsləndirilib, görkəmli dramaturq Səməd Vurğunun “Vaqif” pyesindən Xuramanla Vaqifin və Vaqifin Qacarla səhnələri canlandırılıb.