ADMİU TƏLƏBƏLƏRİ “AZƏRBAYCAN ƏSGƏRİ” ADLI LAYİHƏDƏ
ADMİU TƏLƏBƏLƏRİ “AZƏRBAYCAN ƏSGƏRİ” ADLI LAYİHƏDƏ
18.12.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Müşfiq qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə keçirilən “Azərbaycan əsgəri” adlı layihədə iştirak edib. Tədbir iştirakçıları öncə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükut ilə yad edib. Sonra Estrada sənəti kafedrasının baş müəllimi və “Azərbaycan əsgəri” layihəsinin rəhbəri Gülnarə Allahverdiyevanın ifasinda “Sarı gəlin” xalq mahnısı səslənib.
Daha sonra konsertdə Musiqi sənəti fakültəsinin tələbələrinin və məzunlarının ifasında musiqi nömrələri dinlənilib. Teatr sənəti fakültəsinin tələbəsi “Azərbaycan bayrağı”, “Sev Doğma yurdumuz Azərbaycanı”, “Sən qalib gələcəksən” şeirləri ilə çıxış edib, rəqs qrupunun ifasında isə Naxçıvani rəqsi nümayiş olunub.
Sonda hərbi hissənin komandiri tərəfindən Universitetin kollektivinə fəxri fərman və təşəkkürnamə təqdim olunub.