ADMİU-DA PAYIZ SEMESTRİ ÜZRƏ BAXIŞ İMTAHANLARINA START VERİLİB
ADMİU-DA PAYIZ SEMESTRİ ÜZRƏ BAXIŞ İMTAHANLARINA START VERİLİB
29.12.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatr sənəti fakültəsinin payız semestri üzrə baxış imtahanları davam edir. Silsilə şəkildə keçirilən imtahanlarda tələbələr müxtəlif mövzularda tamaşalar ilə çıxış edəcəklər.
28 dekabr tarixində Universitetin professor-müəllim, tələbə heyəti və valideynlərin iştirak etdiyi baxış imtahanında Dram teatrı və kino aktyoru kafedrasının dosenti Fikrət Məlikovun rəhbərliyi ilə II kurs Teatr və kino aktyorluğu ixtisasının tələbələrinin ifasında A.P.Çexovun “Xorda oxuyan qadın”, “Məmurun ölümü”, “Yoğun və nazik”, “Qanuni olaraq bizi necə evləndirdilər”, Ə.Hacızadənin “Məhəbbət ölmür”, ”, Gi de Mopassanın “Şeytan”, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”, “Büllur sarayda” və İ.Məlikzadənin “Oğul” tamaşasından qısa parçalar nümayiş olunub.