Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində iyun ayının 1-dən start verən 2015-2016-cı tədris ili üzrə yaz semestrinin imtahan sessiyası tam şəffavlığı ilə davam edir. Bu günə kimi 6 fakültə üzrə 909 imtahandan bakalavr üzrə 322, 134 magistr imtahannın isə 47 imtahan keçirilib. Universitet üzrə ümumi 1036 imtahan nəzərdə tutulub. İmtahanlar xüsusi təyin olunmuş koordinator, Tədris şöbəsinin mütəxəssisləri və valideynlərin nəzarəti ilə tam şəffav şəkildə keçir. Universitetdə yekun dövlət buraxılış attestasiyası isə iyun ayının 21-dən iyul ayının 4-ə kimi keçəcək (ümumi 27 imtahan). İmtahanlar iyul ayının7-də tamamlanacaq.