Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva Litvanin Kaunas şəhərində keçirilən "Gradus ad Parnassum" VI Beynəlxalq müsabiqəsində Piano nominasiyasının münsiflər heyətinin sədri olmaq dəvətini alıb. Müsabiqədə Litva, Latviya, Estoniya, Polşa, Moldova, Rusiya, Belarus və s. ölkələrdən iştirakçılar və münsiflər heyəti olub. Azərbaycandan iki pianoçu və iki skripka ifaçısı müsabiqəyə qatılıb. Pianoçular C kateqoriyası və D kateqoriyası üzrə I yerə layiq görülüblər. Müsabiqənin sonunda təşkilat komitəsi bir neçə münsifi apardığı işə görə diplomla təltif edib. Həmçinin Azərbaycandan yeganə münsif sədr Səbinə Mehdiyeva diplomla fərqləndirilmişdir.